Suyun yüksəldilməsi

Su Torpaqdan Metrlərlə Yüksəkliyə Necə Çatdırılır?

Torpaqdan yarpaqlara mayenin necə çatdırıldığına dair ən çox qəbul edilən nəzəriyyələrdən biri “koheziya nəzəriyyəsi”dir. Koheziya qüvvəsi ağacın “ksilem” (çatdırma dəstələri) adlanan oduncaq boruları ilə təmin edilən qüvvədir. Bu qüvvə oduncaq borularındakı suyu meydana gətirən molekulların arasında olan cazibə qüvvəsi sayəsində ortaya çıxır. Oduncaq boruları suyun çatdırılmasını təmin edən iki tip hüceyrədən meydana gəlir. Bu hüceyrələrin bir növü (tracheids hüceyrələri) müəyyən ölçüyə və formaya çatdıqları zaman sitoplazmalarını itirərək ölürlər. Bunun çox əhəmiyyətli bir səbəbi var.

Su borularda irəliləyərkən hər hansı bir maneə ilə qarşılaşmadan rahat hərəkət etməlidir. Bunu təmin etmək üçün sitoplazma tamamilə boş boru meydana gətirməlidir. Sitoplazmanın qalın sellüloza hüceyrə çəpərini buraxaraq yox olmasının səbəbi budur. Bütün canlı bitkilərin ksilem boru xəttləri tamamilə ölü hüceyrələrdən meydana gəlir. Bu sistemdəki bəzi hüceyrələr oyuqlu quruluşa (oyuqlu tracheids) sahibdirlər. Bunlar uzun hüceyrələrdir və qalın, güclü çəpərləri var. Bundan başqa, yanlarındakı hüceyrələrlə birləşmək üçün kiçik dəliklərə (oyuqlara) sahibdirlər. Hüceyrənin oyuq hissəsi bir-birli ilə asan bağlanmaq üçün birləşəcəyi hüceyrənin oyuğuna uyğundur. Bir-biri ilə birləşən hüceyrələr gövdə boyu boru xətti meydana gətirirlər. Hüceyrə çəpərlərindəki dəliklər iki hüceyrənin bir-biri ilə birləşdiyi yerlərdir. Bu quruluş suyun axışı üçün boru xəttinin möhkəmliyini artırır.

Yan tərəfdəki şəkildə ağacda suyun və qidanın borular vasitəsilə necə irəlilədiyinin sxematik izahı görünür. Ağac nə qədər hündür olursa-olsun, borular suyu və qidaları ən ucdakı yarpaqlara qədər çatdıran gücə sahibdirlər. Elm adamlarının indiyə qədər həll edə bilmədikləri bu sistem ağaclarda yarandıqları gündən etibarən mövcuddur.

Bura qədər sadaladığımız bütün xüsusiyyətlər bitkilərdə daşımanın etibarlı şəkildə reallaşması üçün lazım olan infrastrukturun ilk pillələridir. Bu hüceyrələrin meydana gətirdiyi borular əvvəlcə suyun sorulması əsnasında meydana gələn təzyiqə davamlı olmalıdır. Yuxarıda da göründüyü kimi, bu möhkəmlik hüceyrələr arasındakı oyuqlar yolu ilə təmin edilmişdir. Daha sonra maddələrin daşınma əsnasında bir maneə ilə üzləşməsinin qarşısı alınmalıdır, çünki qət edəcəkləri yolda qarşılacaqları hər hansı bir maneə bir-birinə çox bağlı olan bu sistemdə naqislik meydana gəlməsinə səbəb olacaq.   Bu ehtimalın da qarşısı sitoplazmanın ölümü və boş boruların meydana gəlməsi ilə alınmışdır. Ksilem (oduncaq) borularının hüceyrə çəpərləri olduqca qalındır, çünki su sorulma yolu ilə və müəyyən təzyiqlə ağacın içindəki bu boru-yolda irəliləyəcək. Borular olduqca güclü olan bu mənfi təzyiqə qarşı çıxmaq məcburiyyətindədirlər. Ksilem borularında bir cür su kolonu meydana gəlir. Bu kolonun gərilmə qüvvəsi ən yüksək ağacın təpəsinə qədər suyu daşıya biləcək gücdə olmalıdır ki, bitki həyatını davam etdirə bilsin. Su bu güc sayəsində Mamut ağacında olduğu kimi 120 m. yüksəkliyə qədər çıxa bilir.

Ksilem borularına suyun torpaqdan gəlməsi isə köklər vasitəsilə reallaşır. Bu yerdə kökün daxili təbəqəsinin əhəmiyyəti ortaya çıxır. Kökdəki hüceyrələrin protoplazmaları var. Hüceyrənin ətrafını meydana gətirən bu protoplazmaların böyük hissəsi sudan, qalan hissəsi isə karbon, hidrogen, oksigen, azot, kükürd, bəzən də fosfor ehtiva edən zülallar, nişasta və şəkər kimi karbonhidratlar, yağlar və müxtəlif duzlardan ibarətdir. Həmçinin xüsusi yarıkeçirici pərdə ilə örtülüdür. Bu da müəyyən ionların və birləşmələrin asanlıqla xaricə çıxmasını təmin edir. Kökün bu xüsusi quruluşu suyun alınması prosesini asanlaşdırır.