Vəzifələr və xüsusiyyətlər

Bənzəri olmayan paylama sistemi: Bitki Gövdəsi

Ən kiçik otdan dünyadakı ən yüksək ağaclara qədər hər bitki torpaqdan kökləri vasitəsilə aldığı mineralları və suyu ən ucdakı yarpaqları da daxil olmaqla hər yerə paylamaq məcburiyyətindədir. Bu, bitkilər üçün son dərəcə əhəmiyyətlidir, çünki su və minerallar bitkinin ən çox ehtiyac duyduğu maddələrdir.

Bitkilərin fotosintez əməliyyatı da daxil olmaqla bütün fəaliyyətlərində suya ehtiyacları var. Çünki bitkilər

-          hüceyrələrinin canlılığını;

-          fotosintez əməliyyatını;

-          torpaqdakı ərimiş qidaların alınmasını;

-          bitki daxilində bu qidaların müxtəlif yerlərə daşınmasını;

-          və isti iqlimlərdə yarpaqlarının üzərində sərinləşdirici təsir yaradaraq istidən zərər görməmələri kimi son dərəcə həyati əməliyyatlarını yalnız sudan istifadə edərək yerinə yetirirlər.

 Bəs torpağın dərin qatlarında olan su və mədən duzlarını bitki necə qəbul edir? Bundan əlavə, bitkilər kökləri vasitəsilə torpaqdan aldıqları bu maddələri gövdələrinin fərqli yerlərinə necə çatdırırlar? Bu çətin əməliyyatları yerinə yetirərkən hansı üsullardan istifadə edirlər? Bu sualların cavabları verilərkən unudulmamalıdır ki, suyu metrlərlə yuxarı çatdırmaq olduqca çətindir. Dövrümüzdə bu əməliyyat müxtəlif hidrofor sistemləri vasitəsilə reallaşır. Bitkilərdəki daşıma və paylama əməliyyatları da bir cür hidrofor sistemi ilə təmin edilir.

Bitkilərdəki hidrofor sisteminin varlığı təxminən 200 il əvvəl kəşf edilmişdir. Bu proses yerin cazibə qüvvəsinə ziddir. Bu hərəkəti təmin edən sistemi dəqiq şəkildə açıqlayan elmi qanun hələ tapılmamışdır. Bu mövzuda elm adamları yalnız müxtəlif nəzəriyyələr irəli sürür və bu nəzəriyyələrin arasından ən məntiqlisini  etibarlı sayırlar.

Bütün bitkilər özlərinə lazım olan maddələri torpaqdan almaq və paylamaq sistemi ilə təchiz edilmişlər. Bu sistem vasitəsilə torpaqdan alınan minerallar və su lazımi miqdarda ehtiyac duyulan mərkəzlərə ən qısa zamanda çatdırılır. Elm adamlarının kəşflərinə görə bitkilər bu çətin işi bacarmaq üçün bir çox metoddan istifadə edirlər. Bitkilərdə suyun və qidaların daşınması bir-birindən fərqli xüsusiyyətlərə sahib strukturlar sayəsində reallaşır. Bu strukturlar xüsusi şəkildə hazırlanmış daşıma və paylama kanallarıdır.

Yan tərəfdəki şəkildə bir ağacdakı su daşıma sisteminin hansı hissələrdə meydana gəldiyi göstərilir. Su mineralları bitki toxumalarına daşımaq və fotosintez əməliyyatında ötürücü maye vəzifəsini yerinə yetirir. Bitkidəki hər hissənin öz vəzifəsi vardır. Hamısı lazımi yerlərə göndərəcəkləri maddələri ehtiva edirlər. Su torpaqdan köklər vasitəsilə alınır, ksilem toxumaları kanalı ilə köklərdən yarpaqlara çatdırılır və fotosintezdə istifadə edilir.

a) Ksilem hüceyrələri; b) Polem hüceyrələri. Eyni ağacda mövcud olmalarına baxmayaraq, bir-birindən fərqli strukturlara sahib olan daşıma boruları

 

Yan tərəfdə yarpağın eninə kəsilmiş şəkli görünür. Bitkidə yığma əməliyyatını reallaşdırmaq və daşınan maddələri lazım olan yerlərə çatdırmaq üçün müxtəlif hüceyrələr mövcuddur. Bundan başqa, kambiyum layı da yeni ksilem və folem hüceyrələri istehsal edir.