Bioloji saat

BİTKİLƏRİN XÜSUSİYYƏTLƏRİ

            Ümumiyyətlə zamanı müəyyən etmək qabiliyyəti insandan başqa digər canlılara aid edilmir. Bunun yalnız insanlara xas olduğu düşünülə bilər, amma həm bitkilər, həm də heyvanlar zamanı ölçmə mexanizminə yəni “bioloji saata” sahibdirlər:

 

Bitkilərdəki Bioloji Saat

 Bitkilərin zamana bağlı hərəkət etdikləri ilk dəfə 1920-ci illərdə kəşf edilib. Bu illərdə Almaniyada iki elm adamı Erwin Buenning və Kurd Stern paxla bitkisindəki yarpaq hərəkətlərini tədqiq edirdilər. Tədqiqatın nəticəsində gördülər ki, bitkilər gün ərzində yarpaqlarını günəşə doğru uzadır, gecələr isə tam şaquli olaraq yarpaqlarını büzüb yuxu mövqeyinə keçirlər. Bu elm adamlarından təxminən iki əsr əvvəl də Fransız Astronom Jacques d'Ortour de Marian da bitkilərin bu cür nizamlı yuxu rejiminə sahib olduqlarını müşahidə etmişdi. Qaranlıq mühitdə istilik və nəm nizamlaması edilərək təkrarlanan təcrübələrdə bu vəziyyətin dəyişməməsi, bitkilərin daxilində zaman ölçən sistemlərinin olduğunu göstərmişdi. Bitkilər müəyyən fəaliyyətləri üçün müəyyən zamanları seçirlər.

 Bunu da günəş işığındakı dəyişmələrə bağlı olaraq edirlər. İçlərindəki saat günəş işığıyla qurulduğu üçün ritmik hərəkətlərini 24 saat ərzində tamamlayırlar. Bitkilərin ritmik davranışları həftələrlə də davam edə bilər. Bu ritmik hərəkətlər nə qədər davam etsə də dəyişməyən bir cəhət var. Bu hərəkətlər hər dəfə bitkinin yaşaması və nəslinin davamı üçün ən uyğun zamanda reallaşır. Bu hərəkətlərin müvəffəqiyyətlə tamamlanması üçün bir çox kompleks əməliyyatın qüsursuz şəkildə meydana gəlməlidir. Məsələn, bir çox bitkidə çiçəklənmə prosesi ilin müəyyən dövründə baş verir.

 Çünki bu dövr bitkinin çiçəklənməsi üçün ən uyğun zamandır. Bitkilərin zaman nizamlayan saatları günəş işığının yarpaqlara düşmə müddətini də hesablayır. Hər bitkinin bioloji saatı bu müddəti bitkinin öz struktur xüsusiyyətinə əsasən hesablayır. Edilən hesabdan asılı olmayaraq çiçəklənmə ən uyğun zamanda reallaşır. Bu şəkildə zaman nizamlaması edən soya paxlası üzərində aparılan tədqiqatlar nəticəsində, bu bitkilərin əkildikləri vaxtdan asılı olmayaraq həmişə ilin eyni zamanlarında çiçək açdıqları məlum olmuşdur.

Bitkilərin çiçəklənməsi özbaşına reallaşan adi hadisə deyil. Çünki bitkilər polenlərini həmişə yaymırlar. Məsələn, Gəlincik çiçəkləri polenlərini polen daşıyan böcəklərin ən çox olduğu saatlarda yayırlar. Digər bitkilərdəki çiçəklənmə də ilin müəyyən zamanlarında reallaşır. Bu çiçəklənmə üçün ən uyğun zamandır. Elm adamları çiçəklərdəki bu zamanlamanı bioloji saat olaraq xarakterizə edirlər.

Bitkilər çiçəklənmədən əlavə daha bir çox fəaliyyətlərində mükəmməl zaman seçimi edirlər. Məsələn, gəlincik çiçəkləri polenlərini yayma zamanlarını polen daşıyıcılarının ən sıx şəkildə gəzdikləri günlərə və saatlara uyğunlaşdırırlar. Hər bitki üçün bu günlər və saatlar dəyişir. Amma nəticədə hər bitki etdiyi zaman nizamlamasıyla ən zəmanətli şəkildə polenlerini yayır. Gəlincik çiçəkləri iyul və avqust aylarında səhər saat 05.30 və 10.00 aralığında polenlerini yayırlar. Bu saat arıların və digər böcəklərin də bəslənmə saatlarıdır. Burada bitki öz xüsusiyyətləri xaricində bir də digər canlıların xüsusiyyətlərini ən incə detalına qədər hesablamalıdır.

Bu bitki özünü tozlandıran canlıların yuvalarından çıxacaqları zamanı, qət edəcəkləri yolun müddətini və bəslənmə saatlarını tam olaraq bilməlidir. Bu vəziyyətdə belə bir sual meydana çıxır: Bütün bu “məlumatlara” sahib olan və lazımlı “hesablamaları” aparan “digər bir canlının xüsusiyyətlərini analiz edən” və kompüter mərkəzini xatırladan bu saat bitkinin harasındadır? Elm adamları bitkilərdən başqa canlılardakı bioloji saatın, ümumiyyətlə hipofiz vəzinin təsiriylə meydana gəldiyini düşünürlər. Lakin bitkilərdəki bu mükəmməl zaman ölçmə sisteminin harada olduğu onlar üçün hələ tamamilə sirrdir.

Bu nəticə bizə bitkilərin hər cür fəaliyyətlərinin zamanlamasını təyin edən, bu proseslərin hamısını nəzarətində saxlayan üstün bir ağlın və gücün dəlillərini ortaya qoyur. Allah üstün gücü və sonsuz ağlıyla hər yerdə yaradılış dəlillərini bizlərə göstərir və bunları görərək öyüd alıb düşünməyimizi istəyir.