Fotosintez və təkamül

Fotosintez və Təkamül

Fotosintez prosesi təsadüfən meydana gələ bilməz

Bütün bu açıq-aşkar həqiqətlərə baxmayaraq, yenə də təkamül nəzəriyyəsini müdafiə etməyə davam edənlərə suallar verərək bu sistemin təsadüfən meydana gələ bilməyəcəyinin bir daha şahidi olaq. Mikroskopik ölçülərlə təyin olunan bu qüsursuz mexanizmi hazırlayan kimdir? Əvvəlcə belə bir sistemi bitki hüceyrələrinin planladığını, yəni bitkilərin düşünərək planlar qurduğunu fərz edə bilərikmı? Əlbəttə ki, belə bir şeyi fərz edə bilmərik. Çünki, bitki hüceyrələrinin öz-özünə formalaşması və ya bu haqda düşünməsi qeyri-mümkündür. Hüceyrənin içinə baxdığımızda gördüyümüz qüsursuz sistemi yaradan hüceyrənin özü deyil. Yaxşı, elə isə bu sistem düşünə bilən yeganə varlıq olan insan ağlının bir məhsuludur? Xeyr, o da deyil. Millimetrin mində biri böyüklüyündəki bir yerdə inanılmaz fabriki quranlar insanlar  deyil. Hətta insanlar bu mikroskopik fabrikin içində olanları belə izləyə bilmirlər.

Bu sualların cavablarının nə üçün "xeyr" olduğu, təkamülçülərin iddiaları ilə birlikdə araşdırıldığında bitkilərin necə ortaya çıxması daha aydın olacaq. Təkamül nəzəriyyəsi bütün canlıların mərhələ-mərhələ inkişaf etdiyini, sadədən mürəkkəbə doğru bir inkişaf olduğunu iddia edir. Fotosintez sistemindəki mövcud parçaları müəyyən bir say ilə məhdudlaşdıra bildiyimizi fərz edərək bu iddianın doğru olub-olmadığını düşünək. Məsələn, fotosintez əməliyyatının reallaşması üçün lazım olan hisslələrinin sayının 100 olduğunu fərz edək (əslində bu ədəd daha çoxdur). Fərziyyələrə davam edərək bu 100 parçanın bir-ikisinin təkamülçülərin iddia etdikləri kimi təsadüfən, öz-özünə meydana gəldiyini fərz edək. Bu vəziyyətdə yerdə qalan parçaların meydana gəlməsi üçün milyardlarla il gözləmək lazım olacaq. Formalaşan parçalar bir yerdə olsalar belə, digərləri olmadığı üçün bir işə yaramayacaqlar. Biri olmadığında funksiyasız olan bu sistemin digər parçalarının meydana gəlməsini gözləmələri qeyri-mümkündür.

Bu səbəbdən, canlılara aid bütün sistemlər kimi, kompleks bir sistem olan fotosintez də təkamülün dediyi kimi, zaman ərzində təsadüflərlə, yavaş-yavaş yaranan parçaların bir-birinin ardınca əlavə olunması ilə meydana gəlməsi ağıl və məntiqə uyğun iddia deyil. Bu iddianın çarəsizliyini fotosintez prosesində reallaşan bəzi mərhələləri qısaca xatırlayaraq görə bilərik. Əvvəlcə, fotosintez prosesinin reallaşması üçün mövcud bütün fermentlərin və sistemlərin eyni anda bitki hüceyrəsində olması vacibdir. Hər prosesin müddəti və fermentlərin miqdarı bir dəfədə ən doğru şəkildə nizamlanmalıdır. Çünki reallaşdırılan reaksiyalarda meydana gələn ən kiçik bir naqislik, məsələn prosesin müddəti reaksiyaya girən istilik və ya xammal miqdarında kiçik bir dəyişiklik olması reaksiya nəticəsində ortaya çıxan məhsulları pozacaq və faydasız edəcək. Bu sayılanların hər hansı birinin olmaması sistemin işini normallaşdırmyacaq.

Bu vəziyyətdə ağlımıza belə bir sual gəlir. Bu fəaliyyətsiz parçalar sistemin hamısı yaranana qədər necə olub ki, varlıqlarını davam etdiriblər? Həmçinin də ölçü kiçildikcə, o quruluşdakı sistemin üzərindəki ağılın və mühəndislik keyfiyyətinin artdığı da məlumdur. Mexanizmlərdəki ölçünün kiçilməsi bizə o quruluş üzərində istifadə edilən texnologiyanın gücünü göstərir. Dövrümüzün kameraları ilə illər əvvəl istifadə edilən kameralar arasında müqayisə aparıldığında bu həqiqət daha dəqiq görsənəcək. Bu həqiqət yarpaqlardakı qüsursuz quruluşun əhəmiyyətini daha da artırır. İnsanların böyük fabriklərdə belə edə bilmədiklərini fotosintez prosesini bitkilər necə olur ki, bu mikroskopik fabriklərində reallaşdırırlar?

Elə bu və buna bənzər suallar təkamülçülərin heç bir tutarlı şərh gətirə bilmədikləri suallardır. Buna qarşı cürbəcür xəyali ssenarilər uydururlar. Uydurulan bu ssenarilərdə ortaq taktika mövzunun demaqoqluqlar və baş qarışdırıcı texniki termin və izahatlarla qarışdırılmasıdır. Qarışıq terminlərdən istifadə edərək bütün canlılarda çox açıq görünən bir həqiqəti - "Yaradılış Həqiqəti"ni ört-basdır etməyə çalışırlar. Niyə və nə üçün kimi suallara cavab vermək əvəzinə, mövzu haqqında ətraflı məlumatlar və texniki anlayışlar sıralayıb axırda bunun təkamülün bir nəticəsi olduğunu əlavə edirlər.

“Məgər görmürlərmi ki, Biz quru yerə su göndərib onunla heyvanlarının və özlərinin yedikləri əkinlər (bitkilər, meyvələr) yetişdiririk? Məgər (bütün bunları öz gözləri ilə) görmürlər?” (Səcdə surəsi, 27)

Bununla birlikdə, təkamül tərəfdarları çox vaxt bitkilərdəki möcüzəvi sistemlər qarşısında heyrətlərini gizləyə bilmirlər. Buna nümunə olaraq Türkiyənin təkamülçü professorlarından olan Əli Dəmirsoyu göstərə bilərik. Prof. Dəmirsoy fotosintezdəki möcüzəvi prosesləri vurğulayaraq, bu kompleks sistemin işləməsi haqqinda belə bir etiraf edib:

Fotosintez olduqca kompleks bir hadisədir və bir hüceyrənin içərisindəki orqanda getməsi qeyri-mümkündür. Çünki bütün strukturun birdən meydana gəlməsi qeyri-mümkündür, tək-tək meydana gəlməsi  isə mənasızdır.

Fotosintez prosesindəki bu qüsursuz mexanizmlər indiyə qədər fəaliyyət göstərən bütün bitki hüceyrələrində vardır. Ən yabanı ot belə bu prosesi reallaşdıra bilir. Reaksiya zamanı eyni nisbətdə maddələr reaksiyaya girir və reaksiya nəticəsində yaranan məhsullar da həmişə eynidir.

Reaksiya ardıcıllığı və sürəti də eynidir. Bu istisnasız bütün fotosintez edən bitkilərə aiddir. Bitkiyə fikirləşmə, qərar vermə kimi xüsusiyyətləri verməyə çalışmaq əlbəttə ki, məntiqsizdir. Bundan əlavə, bütün yaşıl bitkilərdə olan və qüsursuz şəkildə işləyən bu sistemə “təsadüflər zənciri ilə meydana gəldi” şəklində bir şərh gətirmək də məntiqdən uzaqdır.

Elə bu zaman qarşımıza açıq-aşkar bir həqiqət çıxır. Fövqəladə dərəcədə kompleks proses olan fotosintez şüurlu olaraq hazırlanmışdır, yəni Allah tərəfindən yaradılmışdır. Bu mexanizmlər bitkilər ilk yarandıqları andan etibarən mövcuddur. Bu qədər kiçik bir sahəyə yerləşdirilmiş bu qüsursuz sistemlər bizə onları yaradanın gücünü göstərir.