Köklərdəki təzyiq sistemi

Bitki köklərindəki təzyiq sistemi

Bitkilər köklərindəki hüceyrələrin daxili təzyiqləri xarici təzyiqlərindən az olduğunda su qəbul edirlər. Başqa sözlə desək, bitki torpaqdan ancaq ehtiyacı olduğu zaman su alır. Bunu təyin edən ən əhəmiyyətli faktor bitkinin köklərinin içində olan suyun meydana gətirdiyi təzyiq miqdarıdır. Bu təzyiqin xaricdəki təzyiq miqdarı ilə tarazlanması lazımdır. Bunu təmin etmək üçün daxildəki təzyiq miqdarı azaldığında bitkinin köklər vasitəsilə su qəbul etməsinə ehtiyac yaranır. Bunun tam tərsi olduğunda isə, yəni bitkidəki daxili  təzyiq xaricdəki nisbətdən daha yüksək olarsa, bitki bu tarazlığı təmin etmək üçün ehtiyat üçün saxladığı suyu yarpaqlarından xaric edir.

Əgər suyun torpaqdakı sıxlığı normadan bir az yüksək olsaydı, xarici təzyiq çox yüksək olacağından bitki daim su qəbul edəcək  və bir müddət sonra bundan zərər görəcəkdi. Bunun tam tərsinə, suyun torpaqdakı sıxlığı daha aşağı olsaydı, xarici təzyiq çox aşağı olacağından bitki hüceyrəsi heç vaxt su qəbul edə  bilməyəcəkdi. Hətta təzyiqi sabit tutmaq üçün ehtiyat olaraq saxladığı suyu özündən xaric edəcək, yəni hər iki vəziyyətdə də quruyaraq öləcəkdi. Göründüyü kimi, bitki kökləri nə az, nə də çox, yalnız o ankı şərtlərdə ehtiyac olan miqdarda təzyiqi nizamlayan tarazlıq-idarə mexanizmi ilə təchiz edilmişlər.

Köklər torpaqdan əmdikləri suyu gövdədəki borulara ötürürlər. Bu daşıma boruları suyu və qidaları bir neçə metr uzunluqdakı gövdədə heç çətinlik çəkmədən ən ucdakı yarpaqlara qədər çatdırırlar. Kökdən başlayaraq yarpaqlara qədər gedən bu system, müzakirəsiz, çox üstün bir dizaynın məhsuludur. Bu dizayn isə şübhəsiz ki, hər şeyi yaradan Allaha aiddir. Yan tərəfdəki iki şəkildə isə kök ucunun ümumi quruluşunun detalları və kök ucunun böyüməsi görünür.