Köklərin seçiciliyi

Təbiətdə müxtəlif formalarda mövcud olan elementlər mineralların kimyəvi xüsusiyyətlərini yenidən nəzərdən keçirək. Harada olurlar, hansı maddə hansı sinifə daxildir, aralarındakı fərqlər nəldir, hansının nə olduğunu anlamaq üçün hansı təcrübə və ya müşahidə etmək lazımdır, bu təcrübələrdə kimyəvi olaraqmı, yoxsa fiziki olaraqmı daha sürətli nəticə əldə edilər? Yalnız fiziki olaraq baxılsa, bir masaya qoyulan bu maddələr arasında asanlıqla düzgün sıralama edilə bilərmi? Rənglərindən və ya  şəkillərindən minerallar ayırd edilə bilərlərmi?

Bu cür sualları artırmaq mümkündür. Verilən cavablar isə demək olar ki, eyni olacaq. Əgər bu mövzuda bir ixtisaslaşma yoxdursa, litsey və universitet məlumatlarından geri qalanlarla verilən bəsit cavablar insanı konkret bir nəticəyə aparmayacaq. Minerallar haqqındakı məlumatlarımızı sınamaq üçün bu dəfə də insan bədənindən nümunələr verək.

Bədənimizdə təxminən üç kiloqram mineral vardır. Bunların bir qismi orqanizmin sağlamlığı üçün lazımdır və hər birinin bədəndəki ölçüsü müəyyən miqdardır. Məsələn, bədəndə kalsium olmasa dişlər və sümüklər möhkəm olmaz, dəmir olmayınca hemoqlobin də olmayacağından toxumalarımıza oksigen çata bilməzdi. Kalium və natrium olmasa hüceyrələrimiz elektrik yükünü itirər və sürətlə yaşlanardıq.

 

BİTKİLƏRİN İSTİFADƏ ETDİYİ ELEMENTLƏR

ELEMENT

QAYNAQ

ELEMENTLƏRİN ƏSAS FUNKSİYALARI


Minerals
ız Elementlər

Karbon (C)

Atmosfer

Bütün orqanik molekulun tərkibində 

Oksigen (O)

Atmosfer

Bir çox orqanik molekulun tərkibində

Hidrogen (H)

Topraq

Bir çox orqanik molekulun tərkibində

Azot (N)

Topraq

Zülallar, nukleik turşular və bənzərlərinin tərkibində

Mineral Qidalar Makro Qidalar

Fosfor (P)

Topraq

Torpaq Nukleik turşuların, ATP, fosfolipidlərin içində Ferment aktivasiyası, su tarazlığı, dəmir tarazlığı

Kalium (K)

Topraq

Ferment aktivasiyası, su tarazlığı, dəmir tarazlığı

Kükürd (S)

Topraq

Torpaq Zülalların və koenzimlerin tərkibində

Kalsium (Ca)

Topraq

Torpaq Hüceyrə quruluşuna, pərdələrə və bir çox fermentə təsir edir; ikinci mesajçı

Maqnezium (Mg)

Topraq

Torpaq xlorofilin içinə; bir çox ferment üçün lazımlıdır; ribozomları tarazlayır.

Mikro Qidalar

Dəmir (Fe)

Topraq

Bir çox redox fermenti və elektrodaşıyıcıların aktiv hissəsinin tərkibində; xlorofil sintezi üçün istifadə edilir.

Xlor (Cl)

Topraq

Fotosintez; dəmir tarazlığının təmin edilməsində istifadə edilir.

Marqans (Mn)

Topraq

Bir çox fermenti hərəkətə keçirir.

Boron (B)

Topraq

Karbonhidratın təminatı üçün lazımdır.

Sink (Zn)

Topraq

Ferment aktivasiyası, auxin hormonu sintezi üçün lazımdır.

Mis (Cu)

Topraq

Bir çox redox fermenti və elektrodaşıyıcıların aktiv hissəsinin içində istifadə edilir

Molibden (Mo)

Topraq

Azotu sabitləşdirmə; nitrat azaltma üçün lazımdır.

 

Bu cədvəldə bitkilərin ehtiyacı olan elementlər və bu elementlərin bitki tərəfindən haradan alındığı və necə istifadə edildiyi göstərilir. Bitkilər torpaqda olan bir çox elementin içindən yalnız özlərinə lazım olan bu 16 elementi qəbul edirlər və bunlardan istifadə edirlər. İnsanların oxuduqlarında belə anlamaqda çətinlik çəkdikləri bu əməliyyatların hamısını bitkilər Allahın ilhamı sayəsində reallaşdırırlar.

İnsan bədənində olan mineralların hamısı torpaqda da mövcuddur. Bunların da hamısının nisbətləri, vəzifələri və formaları fərqlidir və bu minerallardan faydalanan bir çox canlı vardır. Məsələn, bitkilərdə özləri üçün lazım olan elementləri torpaqdan asanlıqla ala biləcək şəkildə sistemlər hazırlanmışdır. Strukturlarında olan elementlərin hamısının fərqli istifadə sahələri, eləcə də torpaqdan alındıqdan sonra gediləsi fərqli yerlər vardır. Hamısının vəzifəsi ayrıdır.

Bitkilər ehtiyacları olan bütün mineral qidalarını torpaqdan alırlar. Bu maddələr torpaqda ayrıca mövcud olmadıqları üçün bitki onları ion olaraq əmir. Bitkilər torpağın tərkibində olan çoxsaylı qeyri-üzvi ion arasından yalnız özlərinə lazım olan 13-nü qəbul edirlər. Bitkilər əslində bunlara torpaqdakı sıxlıqlarından daha yüksək sıxlıqda ehtiyac duyurlar. Bu da köklərin nə qədər mükəmməl toplama sisteminə sahib olduqlarını göstərir. Belə ki, köklər ehtiyacları olan ionları öz daxilindəki yüksək sıxlığa baxmayaraq, kök hüceyrələrindən keçirərək nasosla vururlar.

Təzyiq sisteminin əksinə işləyən və bu şəkildə reallaşan bu cür nasosla vurma əməliyyatı olduqca çətin bir işdir. Bu səbəblə, nasoslara yüksək enerji təmin edilməlidir. Nəticədə, istənilən ionları çəkən və istənməyənləri geri itələyən bir sistemin olması da zəruridir. Bu da ion nasoslarının yalnız sadə nasos olmadıqlarını, ionları seçmə xüsusiyyətinə də sahib olduqlarını göstərir. Ayrıca bitkilərin torpaqdan seçilmiş ionları əmərək istifadə etməsi, onların bütün canlılar üçün nəyə görə qiymətli mineral qida qaynağı olduğunu da açıqlayır.

Bir bitkinin sağlam yaşaya bilməsi üçün azot, kalium, fosfor, kalsium, maqnezium, kükürd kimi elementlərə ehtiyacı vardır. Bu maddələrin çoxunu bitkilər torpaqdan birbaşa aldıqları halda azot üçün bu vəziyyət fərqlidir. Atmosferdə 80%-lik bir nisbətə sahib olan bu qazı bitkilər havadan birbaşa qəbul edə bilməzlər. Ancaq torpaqda yaşayan və sərbəst azot mənimsəyən bakteriyalar bu ehtiyacları qarşılayırlar. Digər elementlər də sağlam inkişaf üçün lazımdır. Lakin bunlara olduqca az miqdarda ehtiyac duyulur. Bu qrupa dəmir, xlor, mis, manqan, sink, molibden və bor kimi elementlər daxildir. Bitkilər bu on üç mineraldan əlavə karbon, hidrogen və oksigenə də ehtiyac duyurlar və bunları atmosferdəki karbondioksid, oksigen və sudan alırlar. Bütün bitkilər bu 16 elementə ehtiyac duyurlar.

Yuxarıdakı cədvəldən də göründüyü kimi, yer üzündəki karbon və azot dövrünün ən mühim işçisi şübhəsiz ki, bitkilərdir. Havadakı azot insanlar və heyvanlar tərəfindən birbaşa olaraq qəbul olunmur. Bəzi bitkilərdə yaşayan müxtəlif bakteriyalar havadakı azotu ammonyaka, ammonyakı isə nitrata çevirirlər. Bu maddələr daha sonra bitkilər tərəfindən torpaqdan əmilir. İnsanlar və heyvanlar da bitkiləri yeyərək azot ehtiyaclarını ödəyirlər.

Bu elementlərin kifayət qədər alınmadığı, ya da çox alındığı təqdirdə bitkidə müxtəlif əskikliklər əmələ gələcək. Məsələn, azot torpaqdan çox alındığı təqdirdə yüksək istilikdə asan qırılmağa və gücsüz böyüməyə səbəb ola bilər, az alınması isə bitkilərdə saralma, qırmızılıq və bənövşəliyin əmələ gəlməsi, az tumurcuqlanma və gec böyüməyə səbəb olur. Fosfor çatışmazlığında isə böyümə ləngiyir, rəng tündləşir, bəzi bitkilərdəki yarpaqlarda qəhvəyi rəngə çalma və göyərmə olur, yenə tumurcuqlanma azalır və altdakı yarpaqlar tökülür, çiçək açması azalır. Körpə bitkilərin inkişafı və cücərmə üçün fosfor çox əhəmiyyətli bir elementdir. Qısaca desək, bitkilərin sağlam böyümələri üçün bu ionların varlığı və torpaqdan lazımı qədər alınmaları vacibdir.

Bitkilər bu ion seçimi mexanizminə sahib olmasaydılar nə olardı? Torpaqdan yalnız lazım olanları deyil, hər cür mineralı alsaydılar, ya da qədərindən daha az, ya da çox mineral qəbul etsəydilər nə olardı? Heç şübhəsiz ki, bu anda yer üzündə olan qüsursuz tarazlıqda mühüm pozulmalar meydana gələrdi.