Yarpaqlar və ekoloji tarazılıq

 YER ÜZÜNDƏKİ EKOLOJİ TARAZLIĞI TƏMİN EDƏN BİTKİLƏR

            Bitkilər yerin ekoloji tarazlığının təmin edilməsində mühüm rol oynayırlar. Bunu müqayisə ilə daha aydın görə bilərik. Məsələn, bütün canlılar havadan oksigeni mənimsəyib, atmosferə yalnız karbondioksid, istilik və su buxarı verirlər. Bununla yanaşı, fabriklərdə istehsal prosesləri zamanı havaya külli miqdarda istilik və su buxarı xaric olunur. Yaşıl bitkilər isə fərqli olaraq havadakı istiliyi və karbondioksidi mənimsəyirlər. Bu iki maddədən istifadə edərək fotosintez prosesini reallaşdırırlar. Belə həssas sistemin təsadüfən meydana gəlməsini iddia etmək nə ağıla, nə də elmə uyğun fikirdir.

Bu proselərin yarpaqda deyil, başqa bir yerdə reallaşdığını düşünsək, görəsən beynimizdə bunu necə canlandırardıq? Yəqin ki, havadan karbondioksid və suyu mənimsəyərək yerindəcə oksigen hazırlayan və atmosferə vermək kimi texniki imkanlara sahib fabrik ağlımıza gələrdi.

Balaca, ovuc içi boyda sahədə bu proseslərin reallaşdığı ağlımıza yəqin ki, gəlməzdi. Göründüyü kimi, istiliyi saxlayan, buxarlanmanı təmin edən, eyni zamanda da qida hazırlayan və su itkisinin da qarşısını alan mükəmməl mexanizmlərə sahib olan yarpaqlar sadəcə təbiətin bizə bəxş etdiyi möcüzədir. Bu saydığımız proseslərin hamısı ayrı-ayrı yerlərdə deyil, bir yarpaqda (ölçüsü nə qədər kiçik olsa da, fərqi yoxdur), daha dəqiq desək, bir hüceyrəsində baş verməsi, həmçinin bütün proseslərin eyni anda həyata keçirilməsi insanı dərin düşünməyə vadar edir.

Əslində bitkilərin reallaşdırdığı bu əməliyyatlar canlılara fayda vermələri üçün nemət olaraq yaradılmışdır. Bu nemətlərin çoxu da insan üçün xüsusi olaraq hazırlanmışdır. Ətrafımıza və yediklərimizə nəzər salaraq düşünək. Üzüm salxımının qupquru saplağına və incə köklərinə baxaq... Yavaşca dartılma ilə asanca qopan bu qupquru üzüm tingindən əlli-altmış kilo üzüm çıxır. İnsana ləzzət vermək üçün rəngi, qoxusu, dadı hər şeyi xüsusi olaraq hazırlanmışdır. Bunların timsalında qarpıza nəzər salaraq düşünək:

Quru torpaqdan çıxan bu sulu meyvə insanların ən çox ehtiyacı olduğu mövsümdə, yayda yetişir. İlk meydana gəldiyi vaxtdan etibatən gözəl ətri ilə insanı valeh edən qovunu düşünək. Digər tərəfdən, ətir istehsalında belə ətirin əldə edilməsi üçün fabriklərdə reallaşdırılan əməliyyatları düşünək. Bu fabriklərdə əldə edilən qoxu ilə qovunun öz təbii qoxusunu müqayisə edək. Meyvələrdə olan gözəl ətrin meydana gəlməsinə nəzarət etmək belə lazım gəlmədiyi təqdirdə, insanların həmin ətirin alınması üçün istifadə etdikləri cihazlara daima nəzarət etmələri vacibdir. Dünyanın hər yerində qovunlar, qarpızları, portağallar, limonlar, ananaslar, Hindistan qozları həmişə eyni qoxuya sahib olmaqla yanaşı, eyni heyrətamiz ləzzətə sahibdirlər. Heç vaxt  qovun qarpız kimi, ya da bir naringi çiyələk kimi qoxu verməz, hamısı eyni torpaqdan çıxmalarına baxmayaraq, qoxuları belə bir-birinə qarışmaz. Hər biri öz qoxusunu qoruyub saxlayar.


Meyvələrin və tərəvəzlərin ləzzətləri, qoxuları və dadları barəsində düşündüyümüz zaman bu qədər çeşidlərin necə yarandığı sualı meydana gələcək. Eyni torpaqdan, eyni sudan və minerallardan istifadə edərək, eyni dadı və qoxunu heç vaxt  yanılmadan əldə edən əlbəttə ki, üzümün, qarpızın, qovunun, kivi və ananasın özləri deyil. Bu bənzərsiz ləzzət, görünüş və dad onlara Allah tərəfindən verilir.

Üstəlik, qarpızın çəyirdəklərinin yerləşməsində belə heç vaxt səhvə yol verilmir. Hər bir çəyirdəyin içində o qarpızın minlərlə il sonrakı nəsillərinə ötürülən məlumatlar kodlaşdırılmışdır. Hər çəyirdək xüsusi qoruyucu bir qabıqla örtülmüşdür. Bu, içindəki məlumatın pozulmasının qarşısını almaq üçün xüsusi hazırlanmış mükəmməl bir sistemdir. Qabıq çox bərk deyil, çox yumşaq da deyil, ideal bərklikdə və elastiklikdədir. Qabıqdan sonra çəyirdəyin içində ikinci bir qat vardır. Qabığın alt və üst hissələrinin yapışma yerləri də məlumdur. Bu yapışma yerləri çəyirdəklərin saxlanması üçün xüsusi olaraq yaradılmışdır. Çəyirdək bu quruluş sayəsində yalnız uyğun nəmliyə və istiliyə malik olduqda açılır. Çəyirdəyin içindəki o dümdüz dümağ hissə qısa müddətdən sonra inkişaf edərək, yamyaşıl bir yarpağa çevrilir.

Meyvələrdəki quruluşu ətraflı olaraq araşdıraq. Qarpızdakı süngərəbənzər hüceyrələr çox yüksək miqdarda su saxlama imkanına malikdirlər. Buna görə də qarpızın  çox böyük bir hissəsi sudan ibarətdir. Nədənsə bu su qarpızın hər hansı bir yerində toplanmamış, hər tərəfə bərabər şəkildə yayılmışdır. Yerin cazibəsi nəzərə alınsa,  bu su qarpızın alt hissəsində bir yerdə toplanmalı, üst tərəfi isə quru olmalı idi. Halbuki, qarpızda belə vəziyyətlə qarşılaşmırıq. Su hər zaman qarpızın içində bərabər paylanır, üstəlik şəkəri, dadı və qoxusu da yerində.


Qarpızın qabığının quruluşunu düşünək. Bu hamar qabığı və qabığın üstündəki cilalı quruluşu meydana gətirən hüceyrələrdir. Bu hamar cilalı quruluşun ortaya çıxması üçün hüceyrələrin hər biri qabığın quruluşundakı mumabənzər maddəni eyni səviyyədə mənimsəməlidirlər. Bundan başqa, qabığı hamar və yumru edən də qarpız hüceyrələrinin düzülüşünəki mükəmməllikdir. Bunu təmin etmək üçün hüceyrələrin hər biri iştirak edəcəkləri yeri bilməlidirlər. Əks halda bu hamarlıq qarpızın xarici quruluşundakı bu qüsursuz yumruluq meydana gəlməyəcək. Göründüyü kimi, qarpızı təşkil edən hüceyrələr arasında qüsursuz bir uyğunluq var.

 Bu şəkildə düşünərək yer üzündəki bitkilərin hamısını araşdıra bilərik. Bu araşdırmanın sonunda əldə etdiyimiz nəticə bitkilərin insanlar və bütün canlılar üçün xüsusi olaraq hazırlanmaları, yəni yaradılmaları olacaq.

Aləmlərin Rəbbi olan Allah bütün qidaları canlılar üçün var etmişdir və bunları hər birinin dadı, qoxusu, faydası fərqli olaraq yaratmışdır:

“Yer üzündə sizin üçün yaratdığı müxtəlif rəngli şeyləri də (sizə ram etdi). Şübhəsiz ki, bunda düşünüb ibrət alan insanlar üçün dəlillər vardır.” (Nəhl surəsi, 13)

“Eləcə də meyvələri salxım-salxım asılmış hündür xurma ağacları (bitirdik.) Qullara ruzi olsun deyə (belə etdik)! Biz onunla ölü bir məmləkəti diriltdik. (Dirilib qəbirdən) çıxmaq da belədir.” (Qaf surəsi, 10-11)