Torpaqdan ion qəbul etmə

Köklərin torpaqdan ionları qəbul etməsi

Bitkinin kökündə yerləşən hüceyrələr hüceyrə daxilindəki reaksiyalar üçün torpaqdakı müəyyən ionları seçirlər. Bu son dərəcə əhəmiyyətli bir əməliyyatdır. Çünki bitki hüceyrələrindəki ionların sıxlığı torpaqdakı ionların sıxlığından 1000 dəfə çox olmasına baxmayaraq, bu ionları hüceyrə daxilinə asanlıqla ala bilirlər.

Normal şəraitdə yüksək sıxlıqdakı bir bölgədən sıxlığı daha az olan bölgəyə doğru maddə axını reallaşır. Lakin göründüyü kimi, bitki köklərinin ion təminində bunun tam tərsi meydana gəlir. Bu səbəbdən, bu əməliyyat üçün yüksək miqdarda enerjiyə ehtiyac vardır.

İonların hüceyrə pərdəsindən keçişi prosesində iki faktor əsas rol oynayır. Pərdənin ion keçiriciliyi və pərdənin iki tərəfindəki ionların sıxlıq fərqi.

Şəkildəki mineralların önümüzə qoyulduğunu və bunların içindən bədənimiz üçün lazım olanlarını seçməmizin tələb olunduğunu düşünək. Bu mövzuda təhsil almamış bir adamın belə bir əməliyyatı edə bilməsi mümkün deyil. Halbuki bitkilər milyonlarla ildir ki, torpaqda olan müxtəlif elementlərin içindən yalnız özlərinə lazım olanları seçir və istifadə edirlər. Bir insan üçün qeyri-mümkün olan bu əməliyyatı bitkilərə etdirən ağıl əlbəttə ki, onları yaradan Allaha aiddir.

Bu iki faktoru suallar verərək araşdıraq. Bir bitkinin torpaqdakı elementlərin içindən özünə "lazım olanları seçməsi" hansı mənanı verir? Əvvəlcə, buradakı "lazım" anlayışını təhlil edək. Bu "lazımlılıq" üçün kök hüceyrəsinin bitkinin hamısındakı elementləri bir-bir tanıması vacibdir. Tanıdığı bu elementlərin də bitkinin hər yerindəki əskikliyini təsbit etməsi və ehtiyac olaraq təyin etməsi lazımdır. Yenə sual verək. Bir element necə tanınır? Əgər torpaqda bütöv şəkildə tapılmırsa, yəni başqa elementlərlə bir yerdədirsə, digərlərindən ayırd etmək üçün nə etmək lazımdır?

Dəmir, kalsium, maqnezium, fosfor kimi elementlər qarışıq qoyulsa, hansının nə olduğunu heç kömək edilmədən tapmaq mümkündürmü? Bu adam elementləri necə ayırd edər? Əgər bu mövzuda təhsil almışsa, ancaq müəyyən miqdarını ayırd edə biləcək. Geri qalanların isə nə olduqlarını bilməsinə imkan yoxdur. Yaxşı, bitkilər bu ayrı-seçkiliyi necə edirlər?

Daha doğrusu, bir bitkinin öz-özünə elementləri tanıması, ayırd etməsi və özünə faydalı olanları tapması mümkündürmü? Belə bir əməliyyatın milyonlarla ildir hər dəfə, ən doğru şəkildə reallaşması təsadüfən mümkün olarmı? Hər birinin cavabı "qeyri-mümkün" olan bu suallar haqqında daha dərin və ətraflı düşünmək üçün köklərin necə seçicilik xüsusiyyətinə sahib olduğunu və bu hadisələri araşdıraq.